Qarabağa qanunsuz səfər edənləri nə gözləyir? SƏRH

Qarabağa qanunsuz səfər edənləri nə gözləyir? SƏRH

"Çox təəssüf ki, hələ də bir sıra ölkələrin vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərinə, qanunlarımıza zidd hərəkət edərək işğal olunmuş torpaqlara qanunsuz səfərlər edirlər". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Həmin şəxslərin Azərbaycanın Xarici İşlər Nazirliyinin "Qara siyahı"sına düşdüyünü xatırladan politoloq qeyd edib ki, həmin şəxslər istənilən anda cinayət məsuliyyətinə cəlb edilməlidirlər: "Ümumiyyətlə, Dağlıq Qarabağa qanun səfər edənlərlə bağlı beynəlxalq müstəvidə iş aparmaq üçün ciddi addımlar atılmalıdır. Təbii ki, Azərbaycan Aleksandr Lapşinin ekstradisiyası ilə kifayətlənməyəcək, işğal olunmuş torpaqlarımıza qanunsuz səfər, eləcə də qondarma "DQR" kampaniyasının iştirakçılarına qarşı sərt tədbirlərin hazırlanması üçün beynəlxalq hüquq çərçivəsində tədbirlər görəcək".

İ. Vəlizadə söyləyib ki, beynəlxalq nümayəndələrin qanunsuz səfərlərinin qarşısını alınmasında onların təmsil etdiyi ölkələrin vəzifəli şəxsləri, eləcə də hüquqi institutları ilə danışıqların aparılmasına zərurət var: "Ermənistan qondarma qurumda " referendum" keçirməklə beynəlxalq hüquqlara məhəl qoymamaqla yanaşı, digər ölkələrin vətəndaşlarını bizim tarixi torpaqlarımıza qanunsuz səfər etməsinə sürükləyirlər. Ermənistan burada həm regional, həm də beynəlxalq təhlükəsizlik prinsiplərini pozur.Təbii ki, Azərbaycanda öz ərazi bütövlüyünün pozulması hallarına yol verilməməsi, eləcə də vətəndaşlarının hüquq və qanuni maraqlarını qorumaq məqsədilə bu kimi qanunazidd fəaliyyətə cəlb edilmiş əcnəbi şəxslərə qarşı münasibətdə zəruri və qəti addımlarını bundan sonra da atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə