Sekuta Xocalı faciəsinin qurbanları ilə görüşüb

Sekuta Xocalı faciəsinin qurbanları ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xanımı ilə birgə 1992-cı il Xocalı faciəsinin qurbanları və onların yaxınları ilə görüşüb. SİA xəbər verir ki, səfir Xocalıda baş vermiş hadisələr və son 25 il ərzində onların məşğuliyyəti haqqında məlumat alıb. Tarixi tədqiq edən bir şəxs kimi, səfir belə faciələrin təkrar baş verməsinin qarşısını almaq və daha yaxşı bir gələcək qurmaq üçün tarixi öyrənməyin və unutmamağın əhəmiyyətini qeyd edib. R.Sekuta, həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tapılmasında Birləşmiş Ştatların tərəflərə yardım etmək öhdəliyini yenidən vurğulayıb. Onun sözlərinə görə, sülh qaçqın və məcburi köçkünlərə evlərinə qayıtmaq və bölgədə yaşayan insanlara keçmişin faciələrindən parlaq gələcəyə irəliləmək imkanı yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə