Ukrayna XİN: "Bu "referendum" heç bir hüquqi qüvvəyə malik deyil"
Ukrayna fevralın 20-də Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilmiş "referendumu" tanımır və bunu qeyri-qanuni hesab edir. SİA-nın məlumatına görə, bu barədə Ukrayna XİN-in bəyanatında deyilir. XİN hesab edir ki, bu "referendum" Azərbaycan Konstitusiyasını və beynəlxalq hüququ pozur və heç bir hüquqi qüvvəyə malik deyil: "Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir. Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərini birmənalı şəkildə dəstəkləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB