Ermənistanın sabiq müdafiə naziri cinayət məsuliyyətinə cəlb edilə bilməsindən qorxmadığını deyib. SİA "Aysor.am"a istinadən xəbər verir ki, sabiq nazir öz ölkəsinə, vətəninə vicdanla xidmət etdiyini bildirib. Onun sözlərinə görə, əgər hər hansı problem olsaydı, bu barədə daha əvvəl danışardılar: "Mən heç nədən qorxmuram, hesab edirəm ki, bütün bunlar spekulyasiyadır". Ohanyanın fikrincə, bu gün informasiya məkanında müxtəlif şərhlər verilir və əsas hədəf kimi də o seçilib. Sabiq nazir hədəf seçilməsinin səbəblərinə də aydınlıq gətirib: "Biz nəzarət altında olmayan, müstəqil hərəkət edən, xalqın maraqlarından çıxış edən yeganə gücük".
Qeyd edək ki, erməni mətbuatı Ohanyanın həbsinin mümkünlüyünü yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB