Lavrov: "Minsk qrupunun alternativi mövcud deyil"

Lavrov: "Minsk qrupunun alternativi mövcud deyil"

"ATƏT-in Minsk qrupunun hazırkı formatda işinin alternativi mövcud deyil". SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla birgə mətbuat konfransında deyib. O bildirib ki, əgər biz həqiqətən də münaqişənin məqbul həll yolunu tapmaqda prinsipial razılaşmaya sadiqiksə, o zaman ATƏT-in Minsk qrupunun cari formatda işinin alternativi yoxdur.

Qeyd edək ki, Nalbandyan Moskvada rəsmi səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə