Millət vəkili: “Xocalı soyqırımını törədənlər öz cəzalarını alacaqlar”
"Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, 20-ci əsrdə bütün bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciəli hadisədir. Bu, bütün bəşəriyyətə olan qəsddir və erməni vandalizminin, erməni vəhşiliyinin açıq-aydın göstəricisidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, Xocalı soyqırımının baş verməsi bir daha Azərbaycanın nə qədər qəddar insanlarla qonşu olduğunu, qəddar düşmənlə üz -üzə gəldiyini bir daha sübut etdi: "Xocalı hadisəsi Azərbaycanın müstəqilliyini yeni ələ etdiyi bir dövrdə, ölkə daxili sabitliyin bərqərar olmadığı vaxtda Rusiyanın 366-cı alayının dəstəyi ilə erməni quldurlarının silahsız və müdafiəsiz mükli əhaliyə qarşı törətdiyi soyqırımı aktıdır.
Ümumiyyətlə, soyqırımı hər hansı bir insan toplumunu aid olduğu irqə, dinə mədəniyyətə görə qətlə yetirmək, onların yaşam haqqına qarşı çıxmaqdır. Burda da insanların azərbaycanlı və müsəlman olduğuna görə qətlə yetirilməsi məhz soyqırımı anlamına gəlib çıxır. Xocalı soyqırımı hadisəsi şübhəsiz ki, bütün dünyada əks- səda verdi və bu faciəyə hüquqi, siyasi qiymət Ümumilli Lider Heydər Əliyevin respublikada ikinci dəfə hakimiyyətə gəlişindən sonra onun tövsiyəsi ilə Milli Məclisin qəbu etdiyi qərarla verildi. Bundan sonra Xocalı soyqırımının dünyada tanınması istiqamətində istər Azərbaycan Prezidenti, istər XİN, Milli Məclis və digər qurumlar böyük fəallıq göstərməyə başladılar. Şübhəsiz ki, bu işlərin aparılmasında Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlər böyük əks- səda verdi. Xüsusilə, "Xocalıya Ədalət" kampaniyasının neçə illərdir həm ölkə daxilində, həm onun hüdudlarından kənarda uğurla qurulması dünyanın 10-dan çox ölkəsinin Xocalı faciəsini öz parlamentləri səviyyəsində soyqırımı kimi tanınmasına gətirib çıxardı. ABŞ-ın bir çox ştatları da Xocalı hadisəsini soyqırımı kimi tanıyıb. Bu, əslində Azərbaycanın həm də Ermənistanın üzərində mənəvi, siyasi, diplomatik qələbəsidir. Şübhəsiz ki, Xocalı soyqırımının dünyada tanınması istiqamətində bundan sonra da işlər davam edəcək və cənab Prezident İlham Əliyevin sərəncamları ilə Xocalı soyqırımı hər il ölkə daxilində və xaricində Azərbaycanın səfirlikləri, diaspora təşkilatları, ölkəmizə dost olan dövlətlərin parlamentləri, hökumətləri tərəfindən anılır. Bundan əlavə, soyqırımı qurbanlarının xatirəsinin əbədliəşdirilməsi, şəhid olmuş ailələrin övladlarına dövlət tərəfindən pensiya və müavinətlərin verilməsi, onların övladlarının təhsili, müalicəsi, reblitasiyası, işlə təminatı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bütün bunlar ölkə rəhbərliyinin, cəmiyyətin bu soyqırımı aktına münasibətinin bir ifadəsidir".
Millət vəkili əlavə edib ki, ən yaralı yerimiz olan Qarabağ probleminin həlli, ərazi bütövlüyümüzün təmini, Xocalının da geri qaytarılaraq bərpa olunması və insanlarımızın yenidən o ərazilərdə məskunlaşması heç şübhəsiz ki, ədalətin təntənəsinin zirvəsi olacaq: "Qəti inanıram ki, heç bir qan yerdə qalmır və Xocalı qanı da yer də qalmayacaq, onu törədən cəlladlar həm tarix, həm də bəşəriyyət qarşısında öz cəzalarını alacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB