VƏLİ MÜƏLLİMTahir Mirkişili: "Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti dövlətimizin inkişafına, xalqımızın firavan yaşamasına xidmət edəcək" AÇIQLAMA

VƏLİ MÜƏLLİMTahir Mirkişili: "Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti dövlətimizin inkişafına, xalqımızın firavan yaşamasına xidmət edəcək" AÇIQLAMA

"Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti ölkəmizin daha da güclənməsinə, inkişafına və xalqın firavan yaşamasına xidmət edəcək. Azərbaycan Konstitutsiyasına görə Birinci vitse-prezident dövlət idarəçiliyində və ölkənin inkişafında mühüm rola malikdir. Regionda və dünyada nüfuzu durmadan artan dövlətimizin qarşısında duran çağırışlar da artır. Belə çətin, şərəfli, məsuliyyətli və tale yüklü məsələləri öz üzərinə götürərək bu vəzifələrin öhdəsindən layiqincə gələ biləcək şəxsin Birinci vitse-prezident təyin olunmasını bütün Azərbaycan xalqı arzulayırdı. Əslində səmimi olaraq bütün azərbaycan xalqı da bu vəzifədə yalnız Mehriban xanım Əliyevanı görürdü".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili bildirib.

Onun sözərinə görə, Prezident İlham Əliyevin Birinci vitse-prezidentin təyin olunması ilə bağlı verdiyi sərəncam bütün Azərbaycan xalqına hədsiz sevinc bəxş etdi: "Mehriban xanım Əliyeva bütün həyat fəaliyyətində insanlara kömək etmiş, hər kəsin ümid yeri olmuş, eyni zamanda öz ədalətli, müasir və qətiyyətli qərarları ilə seçilmişdir. Ölkəmizin beynəlxalq aləmdə müasir, müstəqil və çağdaş ölkə imici qazanmasında misilsiz xidməti olan Mehriban xanım Əliyeva Azərbaycan xalqının mədəni və mənəvi irsinin zənginləşməsinə nail olmuşdur. Qarabağ həqiqətlərinin, Xocalı faciəsinin dünyaya tanıdılması, Azərbaycan xalqının düşmənlərinə barışmaz mövqe, hər bir azərbaycanlıya qayğı ilə yanaşmaq, yüksək təşkilatçılıq qabiliyyəti Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyətinin bir hissəsini xarakterize edir".

Bütün xəbərlər Facebook səhifəmizdə