"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 21.02.2017-ci il tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse –prezidenti təyin olunması tamamilə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən bir təyinatdır". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev deyib.
Rauf Əliyev bildirib ki, Mehriban xanım Əliyeva uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə birlikdə müasir Azərbaycan dövlətinin quruculuğunda yaxından iştirak edir: "Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı kimi ona həvalə edilmiş bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycanda təhsil, səhiyyə və digər sosial sahələrdə yeni ümumtəhsil orta məktəblərin, sağlamlıq imkanı məhdud uşaqlar üçün internat məktəblərinin uşaq bağçalarının, xəstəxanaların tikilib istifadəyə verilməsində, əsaslı təmir olunaraq yenidən qurulması ilə əlaqədar geniş miqyaslı sosial layihələr həyata keçirib".
Millət vəkili qeyd edib ki, Mehriban xanım Əliyeva Milli Məclisin üzvü kimi dəfələrlə aministiya aktının qəbul edilməsi ilə bağlı Milli Məclisə müraciət etmiş və bu aktların qəbul edilməsi nəticəsində minlərlə məhkum azadlığa buraxılıb: "Son illər Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlərin Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti onun yüksək təşkilatçılıq qabiliyyətinin bariz nümunəsidir. Həm "Eurovision" mahnı müsabiqəsinin, eyni zamanda I Avropa oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsi bu beynəlxalq miqyaslı tədbirlərin uğurla başa çatdırılmasının başlıca amillərindən biri olub. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilib. Bu yüksək təşkilatçılıq qabiliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 18.09.2015-ci il tarixli sərəncamı ilə IV Islam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Mehriban xanım Əliyevanın bu günə qədər olan fəaliyyəti sübut edir ki, o Azərbaycan Respublikasının Birinci vitse –prezidenti kimi möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə birlikdə Azərbaycanın daha da sürətlə inkişaf etməsi istiqamətində apardıqları şərəfli işi davam etdirəcəklər".
Bu yolda onlara uğurlar diləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB