"Ukrayna güclü Azərbaycanın inkişafında maraqlıdır"

"Ukrayna güclü Azərbaycanın inkişafında maraqlıdır"
"Bir neçə gündən sonra Xocalı faciəsinin 25-ci ildönümü tamam olur. Biz bu faciə ilə bağlı Azərbaycanın ağrısını bölüşürük". SİA-nın məlumatına görə, bunu Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Ukrayna-Azərbaycan parlametlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy deyib. O bildirib ki, bu hadisəni törədənlər cəzasını almalıdır. Qlodomoru yaşayan xalqdan Azərbaycanı daha yaxşı heç kim başa düşə bilməz. Deputat vurğulayıb ki, rəsmi Kiyev ərazi bütövlüyünü dəstəklədiyi üçün hər zaman Azərbaycana minnətdarlığını bildirib. Ukrayna da hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "Azərbaycan Qafqaz bölgəsində lider dövlətdir. Ölkələrimiz əlaqələri dinamik inkişaf etməkdədir. Ötən il Azərbaycanın Ukrayna iqtisadiyyatına birbaşa investisiyası 6 faiz artaraq 200 milyon dollara çatıb. Biz energetika və hərbi texniki sahədə əməkdaşlığın inkişafında maraqlıyıq. Bu günə kimi əməkdaşlığımızın hüquqi bazasını təşkil edən 131 sənəd imzalanıb. Ukrayna güclü, stabil, çiçəklənən Azərbaycanın inkişafında maraqlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə