"Qondarma "DQR"-ni heç Ermənistanın özü belə tanımır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və hər kəs də bunu belə bilib, qəbul edir. Bu baxımdan Ermənistan bizim torpaqlarımızda nə keçirsə də, onun hüquqi əsası olmayacaq". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Ermənistanın 25 ildən çoxdur ki, əhalisini aldatdığını deyən ekspert qeyd edib ki, düşmən ölkə əhalisi aprel döyüşlərində Azərbaycan ordusunun 2-3 saat ərzində onları darmadağın etdiyini gördü və bununla da Ermənistanda mövcud olan miflər alt-üst oldu: "Ermənistan aprel döyüşlərindən sonra öz əhalisini sakitləşdirmək üçün müxtəlif təxribat, aksiyalara daha çox əl atmağa başlayıb ki, bunlardan da biri ötən gün keçirilən "referendum" idi. Bu qondarma seçkini Ermənistanı himayə edən təşkilatlar belə tanıya bilməzlər. Çünki həmin torpaqlarının Azərbaycana məxsus olduğunu Ermənistan da daxil olmaqla hər kəs çox yaxşı bilir. Amma çox təəssüf ki, həmin qüvvələr Ermənistana pərdə arxası dəstək göstərir, ABŞ, Rusiya, Fransa onlara maliyyə yardımı ayırırlar. Amma bu proseslərin sonu Ermənistan üçün heç də yaxşı bitməyəcək. Çünki münaqişənin uzanması düşmən ölkənin mövcudluğunu sual altına qoyur. Ermənistandan miqrant axını başlayıb və bu proses getdikcə sürətlənəcək. Bundan əlavə düşmən ölkə iqtisadi cəhətdən də çökür, bütün layihələrdən kənarda qalıb. Azərbaycan isə bütün parametrlər üzrə inkişaf edir. Bütün bunlar göstərir ki, ölkəmiz tezliklə öz gücünə öz torpaqlarını işğaldan azad edəcək. Bu baxımdan hesab edirəm ki, Ermənistanı himayə edənlər onun başına nə qədər tez ağıl qoysalar, bir o qədər yaxşı olar".
E. Həsənli əlavə edib ki, Aleksandr Lapşinin Azərbaycana gətirilməsi bir daha sübut etdi ki, ölkəmiz tezliklə öz torpaqlarının işğaldan azad edilməsinə nail olacaq: "Hazırda biz Xocalı soyqırımının ildönümü ərəfəsindəyik. Bu faciədə əhalimiz vəhşicəsinə qətlə yetirilib, onların meyitlərinin üzərində vəhşilik edilib. lakin ən pisi odur ki, bu vəhşiliyi törədənlər sonradan kostyum geyərək Ermənistanın prezidenti müdafiə naziri kimi fəaliyyət göstərirlər. Lakin Azərbaycan dövlətinin səyi nəticəsində Sarkisyan, Ohanyan kimi cinayətkarlar tezliklə məhkəmələrimiz qarşısında cavab verəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB