Hərbi icmalçı Nalbandyanın Moskva səfərini Şərh Etdi

Hərbi icmalçı Nalbandyanın Moskva səfərini Şərh Etdi

"Birmənalı olaraq demək olar ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, ermənilərin xeyrinə uzadılmasına hesablanıb". Bunu SİA-ya açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Nalbandyan Moskva səfərində ilk növbədə Rusiyanın xarici işlər naziri, soydaşı Lavrova münaqişə ilə bağlı anti-Azərbaycan açıqlamasına görə minnətdarlığını bildirəcək: "Daha sonra separatçı rejimin ömrünün uzadılmasının vacibliyi haqda əsaslar gətirəcək. Əslində Rusiyadan idarə olunan Dağlıq Qarabağdakı separatçı qruma əlavə nəyisə başa salmağa ehtiyac yoxdur. Vəziyyət bu qədər sadədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dediyi kimi. Nalbandiyanın səfəri isə bir daha qeyd etmək istəyirəm ki, hesabatın verilməsi, təlimatların alınması və separatçı rejimin ömrünün uzadılması çərçivəsində söhbətlərdən ibarət olacaq. Bir sözlə münaqişənin həlli üçün bu səfərin heç bir önəmi yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə