"Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqları intensivləşdirmək zəruridir". SİA-nın məlumatına görə, bunu erməni mediasına açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri problemin sülh yolu ilə həllini istəyirlər və bu istiqamətdə səylərin gücləndirilməsinə ehtiyac var.
Sabiq həmsədir əlavə edib ki, prezidentləri arasında dialoqun bərpa edilməsi, uzunmüddətli sülhə gətirib çıxara bilər təkliflərin irəli sürülməsinə nail olmalarından qürür duyur: "Əlbəttə ki, biz hamımız münaqişənin həllnin tapılmasını istəyirik, lakin, bu, prezidentlərin əlindədir və qeyd edilən mühüm iş davam etdirilməlidir. İşğal edilmiş ərazilərin qaytarılması, Qarabağın statusunun müəyyən edilməsi daxil olmaqla bütün bu məsələlər danışıqların ayrılmaz tərkib hissəsidir". Uorlik əmin olduğunu vurğulayıb ki, bir gün azərbaycanlılar və ermənilər sülh şəraitində bərabər yaşayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB