Bu gün Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Antikorrupsiya Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabat təqdim edilib. SİA-nın verdiyi məlumata görə, təqdimatda OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi - Azərbaycan Respublikası baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Təhsil Nazirliyinin və Baş İdarənin məsul əməkdaşları, həmçinin qeyri-hökumət təşkilatının nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı OECD-nin Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr müzakirə edilib. Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq, ölkəmizin mühüm addımlar ataraq bu mərhələdə uğurlar əldə etməsi, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstanbul Fəaliyyət Planının icrası istiqamətində görülmüş tədbirlərdə fəal iştirakı, həmçinin korrupsiyaya qarşı mübarizədə "ASAN xidmət" mərkəzlərinin mühüm rol oynaması xüsusi vurğulanıb, respublikamızın əldə etdiyi müsbət təcrübə önə çəkilib.
Tədbir hazırda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB