Həmməruzəçilər hesabat təqdim edəcəklər

Həmməruzəçilər hesabat təqdim edəcəklər

Martın 7-8-də Parisdə Avropa Şurası Parlament Assambleyası(AŞPA) Monitorinq Komitəsinin iclası keçiriləcək. SİA AŞPA-nın saytına istinadən xəbər verir ki, iclasda Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Predan Azərbaycana etdikləri faktaraşdırıcı səfərlə bağlı hesabat təqdim edəcəklər.

Qeyd edək ki, həmməruzəçilər yanvarın 12-14-də Azərbaycanda səfərdə olublar və bir sıra rəsmi şəxslərlə görüş keçiriblər. Onlar Azərbaycanın AŞPA qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə