Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır SƏRƏNCAM

Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncama əsasən, Nəqliyyat Nazirliyi və Rabitə Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi yaradılacaq.

Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə