Ermənistandan siyasi sığınacaq alan şəxs Müsavat partiyasının üzvü olub XƏYANƏTİN İZİ İLƏ

Bu amil özü-özülüyündə digər məsələləri agah edir
Ermənistandan siyasi sığınacaq alan şəxs Müsavat partiyasının üzvü olub XƏYANƏTİN İZİ İLƏ

Bəlli olduğu kimi, Azərbaycanda mövcud olan dini, milli və sair faktorlara söykənən tolerantlıq mühiti bir çox ölkələrə örnək olduğu kimi həm də öyrənilməkdə, tədbiq olunmaqdadır. Əbəs yerə deyil ki, ölkəmizdə uzun əsrlərdən bəri bir çox etnik xalqlar kök salaraq buranı özünə Vətən kimi qəbul ediblər. Burada hər kəs azərbaycanlı olaraq bir vəhdətdə, bir amalda birləşir. Bu baxımdan, hətta dünyanın ən öndə gedən dövlətləri belə bu cür mühüm faktorla bağlı Azərbaycandakı mövcudluğa qibtə ilə yanaşır.

Radikal müxalifət partiyaları ilə əlaqəli olan şəxslərin zaman-zaman erməni lobbisi və bu lobbinin təsiri altında fəaliyyət göstərən xarici qurumlarla iş birlikləri dəfələrlə sübuta yetirilib

Lakin təəssüflər olsun ki, Azərbaycanın istər bu, istərsə də digər sahələrə əldə etdiyi nailiyyətlərə sevinməyən, buna kölgə salmağa cəhd edən dairələr də mövcuddur. Sirr deyil ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində düşmən ölkə müxtəlif vasitələrə çirkin niyyətlərə əl atır, bununla daxilimizdə olan milli xəyanətkar və satqınlardan maksimum şəkildə faydalanmağa cəhdlər göstərir. Xüsusilə, radikal müxalifət partiyaları ilə əlaqəli olan şəxslərin zaman-zaman erməni lobbisi və bu lobbinin təsiri altında fəaliyyət göstərən xarici qurumlarla iş birlikləri dəfələrlə sübuta yetirilib. Hətta bir çox hallarda həmin faktlar açıq-açığına ortaya çıxıb. Elə də uzağa getməyərək, xatırlada bilərik ki, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının Azərbaycan əleyhinə düzənlənmiş dinləmələrdə Xədicə İsmayılla birlikdə iştirak etmişdi və məsələ ondadır ki, həmin dinləmələrdə separatçı "DQR"in başçısı Bako Saakyanın oğlunun da iştirak etməsidir.

Bu kimi faktlar kifayət qədərdir və erməni dəyirmanına su tökənlərin xəyanətkar addımlarını şərh edə biləcəyimiz bir çox sübutlar-dəlillər mövcuddur.

Yəqin ki, bir çoxları Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin Almaniyada, daha sonra isə Grücüstanda ermənilərlə siyasi iş birliyinə gedərək, xəyanətkar addımlarını xatırlayır

Onlardan biri də özünü "türkçü", "millətçi" kimi ictimai rəyə sırımağa çalışan Müsavat partiyasının adı ilə bağlıdır. Məsələn. Yəqin ki, bir çoxları Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin Almaniyada, daha sonra isə Grücüstanda ermənilərlə siyasi iş birliyinə gedərək, xəyanətkar addımlarını xatırlayır. Bu məsələni isə yalnız xatırlatma üçün qeyd etmədik.

Məsələ ondadır ki, bugünlərdə Talış mədəniyyət mərkəzi idarə heyətinin üzvü Şahin Mirzəyev Ermənistandan "müvəqqəti sığınacaq" alıb. Bu barədə işğalçı ölkənin xarici işlər nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, guya "Tolişi Sədo" qəzetinin jurnalisti və "Talış azadlıq hərəkatı"nın üzvü müraciətində "Azərbaycanın etnik və dini azlıqları təqib etdiyinə və onların hüquqlarını kobud şəkildə pozduğuna" görə ölkəni tərk etməyə "məcbur olub". Həmçinin bildirilir ki, o, Azərbaycanı ailəsi ilə birlikdə tərk edib.

Ona görə də nəzərə alsaq ki, Şahin Mirzəyev Müsavat partiyasının üzvü olub, onda nəyin-nə olduğu ətrafında uzun düşünməyə dəyməz...

Şahin Mirzəyev Ermənistanda Azərbaycan əleyhinə konfranslar, seminarlar təşkil edən Əlikram Hümbətovun da yaxınıdır

Və belə olan bir məqamda mətbuat vasitəsilə apardığımız araşşdırmalardan sonra bəlli olur ki, 21 mart 1960-cı il təvəllüdlü Şahin Mirzəyev əslən Lerik rayonun Kəlvəz kəndindəndir. Həmin kənddə isə ümumiyyətlə, talış etnik xalqı yaşamayıb. Ancaq bununla yanaşı bəlli olub ki, Ermənistana gedən həmin şəxs uzun illər Müsavat partiyasının üzvü olub və sabiq başqan İsa Qəmbərə yaxınlığı ilə seçilib. Bu fərd həmçinin Azərbaycan vətəndaşlığından çıxarılan digər separatçı, Ermənistanda Azərbaycan əleyhinə konfranslar, seminarlar təşkil edən Əlikram Hümbətovun da yaxınıdır.

Onu da qeyd edək ki, Şahin Mirzəyevin "Talış mədəniyyət mərkəzi"ndə fəaliyyəti də zaman-zaman əsaslı şübhələrə səbəb olub. Hətta vaxtilə onun fəallığının arxasında qara niyyətinin durması ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

İndi düşmən Ermənistan bu xəyanətkarın atdığı iyrənc addımından Azərbaycana qarşı istifadə etməyə çalışacaq. Düzdür, Ermənistan adlı ölkə demək olar ki, yox olmaq səviyyəsinə çatıb və qısa zamanda onun varlığı belə böyük şübhə altındadır. Lakin düşmən-düşmən olaraq qalmaqdadır!

Ermənistanın bir çox tanınmış ictimai-siyasi, mədəniyyət xadimləri, eləcə də jurnalistləri axın-axın Bakıya gəlmək arzularını bildirirlər

Bu gün Ermənistanın özündə də bir çoxları yaxşı dərk edir ki, Azərbaycanda milli azlıqlarla bağlı heç bir problem yoxdur. Çünki Ermənistanın bir çox tanınmış ictimai-siyasi, mədəniyyət xadimləri, eləcə də jurnalistləri axın-axın Bakıya gəlmək arzularını bildirirlər. Hətta az öncə bir qrup erməni Bakıdakı Xocalı soyqırımının xatirəsinə yucaldılmış "Ana Fəryadı" abidəsini ziyarət edərək, Ermənistanın işağlçılıq və şovinizim siyasətinə lənətlərini bildirmişdilər.

Ona görə də sözügedən hadisə Azərbaycanı sevməyənlərin, düşmənlərin növbəti uğursuz oyunudur. Vətənini, dövlətini sevənlər xatırlayırlar ki, Qarabağın azadlığı urğrunda müxtəlif millətlərin oğulları – talışlar, ləzgilər, avarlar, tatlar, udinlər və inqiloylar, yəhudilər və s. etnik qardaş və bacılarımız üçrəngli bayrağımız altında erməni işğalçıları ilə döyüşüb, şəhid olublar. Ona görə də əgər ermənilər Azərbaycanda etnik azlıq məsələsi ilə bağlı təxribat cəhdləri törədərək, Şahin Mirzəyev, Əlikram Hümbətov və s. tipli murdar satqınları işlətsələe yenə istəklərinə çata bilməyəcəklər. Çünki Ermənistana sığınan bu dırnaqrarası adamlar həm də talış adına ləkədir! Belə ki, kimliyindən asılı olmayaraq, düşməndən imdad diləmək yaraşmayan bir hərəkətdir. Belə hərəkətlərə görə isə həmin tipli ünsürlər mütləq cavab verməli olacaqlar, buna əmin ola bilərlər!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə