Qabil Hüseynli: "Olland ciddi riyakarlığa yol verib" MÜNASİBƏT

Qabil Hüseynli: "Olland ciddi riyakarlığa yol verib" MÜNASİBƏT

"Fransa prezidenti Fransua Olland hakimiyyətdən gedir, artıq bir neçə aydan sonra prezidentlik kürsüsüsünü tərk edəcək. Bu müddətdə isə ermənilərin yaddaşında daha yaxşı qalmaq istəyir". Buna SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Fransua Ollandın erməni icması ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, erməni lobbiçilərin yaratığı Fransa-Ermənistan Əməkdaşlıq Şurasının iclasında çıxışı zamanı Olland siyasətçiyə yaraşmayan riyakarlığa və ciddi səhvlərə yol verib: "Olland "Artsax xalqı" ifadəsini işlədib. Eyni zamanda bu "xalqın" öz müqəddəratını təyin etməsinin zəruriliyindən danışıb. Həmçinin, Madrid prinsiplərini nümunə gətirib. Əvvəla, Madrid prinsipləri Azərbaycan tərəfindən qəbul edilməyib. Çünki Azərbaycan Madrid prinsiplərinə 14 əlavə edib. Bu prinsiplər o zaman bizim üçün hüquqi qüvvəyə malik olardı ki, parlamentomizdə təsdiq edilmiş olsun. Azərbaycanın təklifləri hələ ki, qəbul olunmayıb. Bütün bunlara baxmayaraq, Madrid prinsiplərində ərazi bürövlüyü ilə öz müqqəddərtatını təyinetmə prinsiplərinin uzlaşdırılmasından danışılır. Yəni beynəlxalq hüququn iki prinsipi uzlaşdırılır. Ollandın dediyi kimi təkcə öz müqəddətaratının təyin edilməsindən danışılrmır".

Q.Hüseynli vurğulayıb ki, Olland ciddi riyakarlığa yol verib, ermənilərə yarınır: "Onlar Ermənistanı "kiçik bacı" adlandırırlar. Aydın olur ki, bu ölkə Minisk qrupunun həmsədri olmaq hüququna malik deyil. Çünki bir tərəfi açıq şəkildə dəstəkləyir, ermənipərəst mövqe ortaya qoyur, digər tərəfdən isə dünyada öz müqəddəratını ikinci dəfə təyinetmiş xalq yoxdur. Ona görə də onun söylədikləri təxribat xarakterlidir və hiddətlə rədd edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə