“Yaxın Şərqdə yeni dönəm başlamaqdadır” ŞƏRH

“Yaxın Şərqdə yeni dönəm başlamaqdadır” ŞƏRH

"ABŞ-İran münasibətləri son dərəcə kəskinləşib". SİA-nın məlumatına görə, bunu siyasi şərhçi Vüqar Zifəroğlu deyib. O bildirib ki, dünyada cərəyan edən digər hadisələri də nəzərə alanda, vəziyyətin xeyli gərginləşdiyini demək olar: "Bütün dünyanın səbrsizliklə Xomneyinin amerikalalara söz verdiyi "layiqli cümə günü cavabı"nı gözlədiyi, Avropa liderlərinin Ankara yolunu su yoluna döndərdiyi, ABŞ Mərkəzi Kəsfiyyat idarəsinin rəisi Mayk Pompeonun Turkiyəyə səfəri, Türk əsgərinin isə Əl-Babda qalibiyyət xəbərlərinin gəldiyi bir zamanda, husilər Yəməndən ər-Riyadı vurur, Təl-Əviv Qəzzanı bombalayır, ruslar isə uzun müddətdir ki, ürəklərində gəzdirdikləri intiqamı Əl-Babda türk əsgərlərinə qırıcıları ilə zərbələr endirməklə soyudurlar. Başqa tərəfdən isə PKK-nı terror təşkilatı kimi qəbul etmədiklərini bir daha bəyan edirlər. Halbuki, bir neçə gün əvvəl prezident Putin "Türk axını" ilə bağlı müqavilənin ratifikasiyası haqqında qanun imzalayır. Bütün bu olanların fonunda "ərəb baharı"ndan sonrakı Yaxın Şərqdə yeni dönəm başlamaqdadır. Yaxın Şərq tam bir "ərəb saçı"na çevrilməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə