Hərbi icmalçı: “Rəsmi Bakı sərt mövqe nümayiş etdirməlidir” AÇIQLAMA
"Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunmasında ən vacib məqam vətəndaşı olduğu ölkələrin eksdradisiya məsələsinə loyal və anlaşılan münasibət bəsləmələri oldu. Bu Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi deməkdir". Bunu SİA-ya açıqlamasında hərbi siyasi icmalçı Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, burada həm Rusiya, həm də İsrail Lapşinin Azərbaycan qanunlarını pozduğunu dolayısı ilə etiraf etdilər və bu məsələdə rəsmi Bakıya heç bir təzyiq göstərə bilmədilər: "Ermənistan isə bu prosesdə aut-oyundan kənar vəziyyətdə qaldı və ermənilərə işləyən bir şəxsi həbsdən qoruya bilmədilər. Erməni diplomatiyasına nokaut vəziyyətinə salan bu hadisədən sonra inanmıram ki, hansısa qeyri-erməni Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan gedə və bizə qarşı hörmətsizlik edə. İllərdir belə faktlarla rastlaşmışıq və qarşısının alınması üçün əsaslı tədbir görə bilməmişik. Lakin Lapşının saxlanılaraq Azərbaycana verilməsi bir presedent rolunu oynayacağına ümid edirəm.
Hesab edirəm ki, Lapşinlə yanaşı, bütün xarici vətəndaşlara qarşı rəsmi Bakı bu cür sərt mövqe nümayiş etdirməlidir. Lazım gəldikdə onların saxlanılaraq ekstradisiyasına nail olmalıdır. Bundan sonra Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərinə "tur səfərlər" təşkil etməsinə də son qoyulacaq. Əks təqdirdə belə həbslərin sayı artacaq. Mən bunu Azərbaycan dövlətinin mövqeyindən də hiss edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB