"Bundan sonra torpaqlarımıza qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər" Çingiz Əsgərov
"Ermənilər tərəfindən Dağlıq Qarabağda tərəfindən cinayətlər törədilib. Bu, hələ də davam edir. Orada Ermənistan tərəfindən dəvət edilən şirkətlər iş aparırlar. Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" qanun layihəsinin təqdimat mərasimində deyib.
O bildirib ki, ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər: "Bu, cinayətdir. Ona görə də bu cinayətlərin qarşısı alınmalıdır".
Ç.Əsəgərov Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına da münasibət bildirib: "Bəzən deyirlər ki, onun Azərbaycana gətirilməsi o qədər də əhəmiyyətli deyil. Bu, yanlış yanaşmadır. Biz həyata keçirdiyimiz iş qanun çərçivəsindədir. Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək"
PA rəsmisi vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib: "Artıq həmin işlər icraata götürülüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB