“Qarabağ münaqişəsinin həllinə yönəlmiş real danışıqlara başlamalıyıq” Olland

“Qarabağ münaqişəsinin həllinə yönəlmiş real danışıqlara başlamalıyıq” Olland

Fransa ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xüsusi məsuliyyət daşıyır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu prezident Fransua Olland Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının illik şam yeməyində bildirib.

Olland deyib: "Biz tələsirik. Ötən il aprelin 2-4-də baş verən dəhşətli hadisələrdən sonra problemin həlli ilə bağlı qərar qəbul edilməsində bir tələsmə mövcuddur. Demək olar ki, hər gün Qarabağ münaqişəsi nəticəsində insanlar ölür. Beləliklə, biz toqquşmaların qarşısını almaq üçün fəaliyyət göstərməliyik".

Onun sözlərinə görə, Ermənstan prezidenti Serj Sarkisyan Fransaya dəvət olunub və martın 8-də həyata keçiriləcək səfər zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq: "Biz münaqişənin nizamlanmasına yönəlmiş real danışıqlara başlamalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə