“Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turniri keçirilib FOTOLAR
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fevral ayının 9-da "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında Xidmətin yaradılmasının 5-ci ildönümünə həsr edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri arasında "Vətənin müdafiəsinə hazıram!" adı altında atıcılıq turniri keçirib. SİA-nın verdiyi məlumata görə, turnirdə 8 komanda iştirak edib.
Turniri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq "ASAN xidmət" mərkəzləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb. Xidmətin 5 illik fəaliyyəti barədə məlumat verib və ötən müddət ərzində qazandığı nailiyyətlərdə digər dövlət strukturları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığın da xüsusi rolu olduğunu bildirib. Sonda turnir iştirakçılarını təbrik edərək, maraqlı mübarizə və uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətini yaradılmasının 5-ci ildönümü münasibətilə təbrik etdi və xidməti fəaliyyətində uğurlar arzulayıb. Xidmətin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən nümayəndələrinin işini müsbət qiymətləndirərək, birgə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə iştirak edən fəxri qonaq paraolimpiya çempionu İlham Zəkiyev çıxışında yaradılmasının 5-ci ildönümü münasibəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını təbrik edib və belə turnirlərin gələcəkdə işğal altında olan rayonlarımızda da keçirilməsini arzuladı. Xidmətin ötən müddət ərzində fəaliyyətini müsbət qiymətləndirərək ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Daha sonra iştirakçılara təhlükəsizlik qaydaları barədə təlimat verilmiş və yarışa başlanılıb.
Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparmışlar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 3 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirmişdir. İki mərhələnin yekununda I yeri "İnnovasiyalar" komandası, II yeri "1 saylı "ASAN xidmət" mərkəzi"nin komandası, III yeri "Agentliyin Aparatının" komandası tutub. Qaliblərə kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib.
Turnirin "sərrast atıcı" kubokunu isə Dövlət Agentliyinin "İnnovasiyalar" komandasının üzvü Zakir Əhmədov qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB