Politoloq: "Bu, Ermənistanın növbəti sarsıdıcı məğlubiyyətidir" MÖVQE
"Belarus Respublikasının ərazilərimizə qanunsuz səfər edən Aleksandr Lapşinin Azərbaycana təhvil verməsi ölkəmizin maraqlarına uyğun siyasi addımdır". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, ölkəmizin sərhədlərini iki dəfə pozan, saxta pasportla sərhədi keçən, eləcə də müəyyən çağırışlarla çıxış edən şəxs cəzlandırılmalıdır: "Bunun Belarus tərəfindən düzgün şəkildə qəbul edilməsi, Ermənistanın təşvişinə səbəb olub. Hazırda düşmən ölkə parlamentində Belarusa qarşı sanksiyalar, eləcə də səfiri geri çağırmaq kimi əsassız məsələlər müzakirə edilir. Bütün bunlar sadəcə müzakirədir, o demək deyil ki, ona əməl olunacaq. Amma Aleksandr Lapşinin ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır".
Politoloq söyləyib ki, baş verənlər ikinci dəfə KTMT-nin zəifliyini, güclü olmayan təşkilat olduğunu ortaya qoydu: "Çünki, aprel döyüşlərində də Ermənistan onlardan kömək gözləsə də, təşkilat ona kömək etmədi. Lapşinin ekstradisiyası məsələsində də onlar Belarusun belə addım atmasını istəmirdilər. Hər iki məsələdə Ermənistanın gözləntiləri puça çıxdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB