MŞ sədri: “Elnur Hüseynzadə sadəcə mülki şəxs kimi sərhədi keçib” MÜNASİBƏT

MŞ sədri: “Elnur Hüseynzadə sadəcə mülki şəxs kimi sərhədi keçib” MÜNASİBƏT

"İlk növbədə deyim ki, Elnur Hüseynzadə Ermənistan tərəfinə keçərkən hərbçi olmayıb. O mülki şəxs statusundadır. Çox təəssüf ki, bizim bir sıra mətbuat vasitələrimiz, media nümayəndələri Elnuru Azərbaycan ordusunun hərbçisi kimi təqdim etmişdi. Bu da çox ciddi problemlərlə qarşılandı". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfi öz mətbuat vasitələrində onun Azərbaycan milli ordusunun əsgəri kimi verilən məlumatlara, görüntülərə əsaslanaraq öz ölkələrində çox ciddi təbliğat apardılar: "Hətta onlar Azərbaycan tərəfini ittiham etdilər ki, guya Azərbaycan özünün əsgərinə sahib çıxmırsa bəs o zaman öz xalqına necə sahib çıxacaq. Əlbəttə ki, bu sayaq məsələlər Ermənistanda bir neçə gün davam etdi. Elnur sadəcə mülki şəxs kimi sərhədi keçib. Hələ ki, müvafiq qurumlar bu məsələni diqqətdə saxlayır. Necə ki Azərbaycanın şəhid olmuş əsgəri Çingiz Qurbanovun nəşi Azərbaycana qaytarıldı eləcə də Elnur Hüseyzadə ölkəmizə qaytarılacaq. Əminəm ki, Azərbaycan dövləti də Elnuru orada qoymayacaq və yaxın vaxtlarda onu öz ailəsinə qovuşdurmağa şərait yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə