“Lapşini müdafiə edənlər Dilqəm Əsgərovu yada belə salmır" Millət vəkili

“Lapşini müdafiə edənlər Dilqəm Əsgərovu yada belə salmır" Millət vəkili

"Aleksandr Lapşin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib. Onun həbs edilərək Bakıya ekstradisiya olunması Ermənistanın işğal etdiyi torpaqlarımıza səfərlər edənlərə, işğalçını dəstəkləyən açıqlamalar verənlərə və bu fikirdə olanlara ciddi xəbərdarlıq olacaq". SİA-nın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva bildirib. O deyib ki, bu məsələdə ölkəmizin prinsipallığı və ədalətli yanaşma sərgiləyən Belarus prezidentinin mövqeyi ciddi rol oynadı: "Ermənilərin aylardır qeyri-qanuni girov saxladığı Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla bağlı heç bir addım atmayan, amma bir neçə ölkə vətəndaşı olan Lapşinin Azərbaycana verilməməsi üçün böyük canfəşanlıq göstərən Rusiya XİN-in bütün təsir, təzyiq və açıqlamaları mənasız oldu. Lapşini müdafiə edənlərin niyə Dilqəm Əsgərovu yada belə salmamasının səbəblərini isə hamımız bilirik".

Bütün xəbərlər Facebook səhifəmizdə