Politoloq: “Rusiya ilə qarşıdurmaya getməməliyik” MÜNASİBƏT

Politoloq: “Rusiya ilə qarşıdurmaya getməməliyik” MÜNASİBƏT

"Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində göstərdiyimiz bütün səylərin nəticəsiz qalması göz qabağındadır. Atəşkəs rejiminin tətbiq olunmasından uzun zaman keçməsinə baxmayaraq münaqişənin həll olunması istiqamətində heç bir irəliləyiş yoxdur. Bu illər ərzində saysız-hesabsız görüşlər, təkliflər və planlar yalnız münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına xidmət edib". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu reallıqları görərək keçən ilin aprel ayında torpaqlarımızın işğaldan azad edilməsi üçün hərəkətə keçdi: "Aparılan uğurlu əməliyyatlar nəticəsində strateji mövqelər nəzarətimizə qaytarıldı. Ən xoş olan isə o idi ki, xeyli sayda qurban verməyimizə baxmayaraq, əhali bu əməliyyatları dəstəklədi. Həm ordumuzda, həm də xalqın arasında bir ümid və ruh yüksəkliyi yarandı. Təəssüf ki, böyük güclər tərəfindən bu əməliyyatları sona çatdırmaq istəyimizin qarşısı alındı.

Bu xüsusda Rusiya daha kəskin mövqe nümayiş etdirdi. Rəsmi olaraq açıqlamada da ictimaiyyətə bəlli oldu ki, hərbi əməlyyyatları dayandırmağımızın səbəblərindən ən birincisi Rusiyanın təhdidi olmuşdu. Hesab edirəm ki, əgər Azərbaycan ordusu düşməni torpaqlarımızdan sıxışdıraraq çıxarılması prosesini davam etdirsəydi, o zaman Rusiya tərəfindən birbaşa müdaxiləyə məruz qalma ehtimalı istsna edilmirdi. Bu problemin Ermənistanın xeyirinə həll olunmasını istəyən tərəflərdən birnin də İran olması bizim səylərimizin nəticəsiz qalmasına xidmət edir. Türkiyə, İsrail, Pakistan və Almaniya kimi dünya güclərinin bu cütlüyü bir növ neytrallaşdırması ən azından torpaqlarımızı de-yure əlimizdə saxlamağa imkan verib. Belə olan şəraitdə insanlarımızda torpaqlarımızın azad edilməsinin mümkünsüzlüyü barədə təəssürat yaranır. Lakin bütün bunlara baxmayaraq problemin tezliklə həlli mümkündür. Bunun üçün ilk növbədə oz gücümüzə güvənməliyik. Unutmayaq ki, bir zamanlar biz də daxil olmaqla daha 13 respublika SSRİ adı altında Ruisyanın əsarətində idi. 70 il davam edən bu imperiyanın çökməsi gözümüzün qarşısında baş verdi. Zəif düşmüş Rusiya Çeçen Respublikasına qarşı müharibədə məğlub duruma düşdü. Bu prosesin yenidən təkrar olunmayacağına isə heç kim qarantiya verə bilməz.

Biz bunları gözə alaraq aqressiv Rusiya ilə qarşıdurmaya getməməliyik. Bütün imkanlarımızı digər beynəlxalq güclərin rəğbətini qazanmağa yönəltməliyik. Bu istiqamətdə hakimiyyət tərəfindən xeyli işlər görülməkdədir. Ölkəmizdə təşkil olunan nüfuzlu beynəlxalq səviyyəli tədbirlər, simpoziumlar, səviyyəli idman yarışlarının təşkili bu yönlü tədbirlərdəndir. Lakin bu görülən işlər yetərli deyildir. İnsan haqqları, şəffalıq və korrupsiya istiqamətində təsiurli tədbirlər görülməlidir. Əgər bu sahələrdə uğurlar əldə etməsək, biz qlobal güclərə azad olunmuş torpalqrda erməni vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəyimiz qarantı verə bilməyəcəyik. Bir daha vurğulayıram ki, torpaqlarımızın işğaldan azad edilməsinin əsas şərti ölkə daxilində siyasi sabitlik, tam demokratik cəmiyyət və iqtisadi yüksəlişdir".

Bütün xəbərlər Facebook səhifəmizdə