Ramil Məmmədli: "Özünü və düşməni qumbara ilə partladan əsgər və zabitlərimiz olub" MÜNASİBƏT

Ramil Məmmədli: "Özünü və düşməni qumbara ilə partladan əsgər və zabitlərimiz olub" MÜNASİBƏT

"Azərbaycan və Ermənistan arasında həm də soyuq müharibənin getməsi artıq faktdır". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, informasiya müstəvisində aparılan müharibənin öz qaydaları var. Lakin bu yalan və iftiraya söykənməməlidir: "Məsələn, Azərbaycana gələn Ermənistan vətəndaşları bunu öz istəkləri ilə etdiklərini və burada onlara olunan münasibətdən razı olduqlarını deyirlər. Hətta artıq media qurumlarının birində işləyən də var. Lakin Ermənistanın Azərbaycan qarşı apardığı informasiya müharibəsi başdan-ayağa qədər yalan, iftira və şərəfsizlikdən ibarətdir.

Ermənilərin hərbi qulluqçu Elnur Hüseynzadədən istifadə etməsi buna misal ola bilər. Etiraf etməliyik ki, belə xəyanətkarlar hər zaman, hər bir dövlətdə olub və sonunda öz cəzalarını alıblar. Ermənilər bunu az qala görünməmiş hadisə kimi təqdim edirlər. Hansı ki, son 10 ilə baxsaq erməni əsgərlərinin öz xidmət yerini tərk edib, Azərbaycan Ordusuna təslim olmasını onlara xatırlatmaq lazımdır.

Azərbaycan Ordusunda sona qədər döyüşüb, düşmənə əsir düşməmək üçün son gülləsini özünə vuran, özünü və düşməni qumbara ilə partladan onlarla vətənpərvər əsgər və zabitlərimiz olub. Bunların sayı minlərlədir. Ermənilərin bu təbliğatı isə siyasi fahişəlikdən başqa bir şey deyil. Onların fiziki kimlikləri mənəviyatlarını da ləkələyib. Bu hadisə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə