"Kəşmir bir insanlıq faciəsidir" Səfir

"Kəşmir bir insanlıq faciəsidir" Səfir

Hər il 5 fevral tarixi Pakistanda Kəşmir Həmrəylik Günü kimi qeyd edilir. SİA-nın məlumatına görə, bunu Pakistan İslam Respublikasının Azərbaycandakı yeni səfiri Said Xan Mohmand Kəşmirlə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, Cammu və Kəşmirdə son bir neçə ay ərzində 12 min insan heç bir səbəb olmadan Hindistan qüvvələri tərəfindən nəzarət altına alınıb. Ötən ilin iyunundan bu yana 117 nəfər qətlə yetirilib: "Bu, son 6 ayın statistikasıdır. Qeyd edilən müddətdə 16 mindən çox insan yaralanıb. Qadağan edilmiş güllələrdən istifadə nəticəsində 6 min insan zərər çəkib, onlardan 307 nəfəri görmə qabiliyyətini itirib, 12 min isə gözündən müxtəlif xəsarətlər alıb. 65 min ev və məntəqə Hindistan qüvvələri tərəfindən məhv edilib". Diplomat deyib ki, Kəşmir bir insanlıq faciəsidir: "Cammu və Kəşmir Hindistanla Pakistan arasında əsas problemdir. Biz qarşı tərəfi sülhə çağırırıq. Pakistan Azərbaycana bu məsələdə dəstəyinə görə, təşəkkürünü bildirir. Eyni zamanda biz Azərbaycana Dağlıq Qarabağ münaqişəsində dəstəyimizi əsirgəməyəcəyik. Pakistan parlamenti 3 fevral tarixində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü də dəstəklənir".

Bütün xəbərlər Facebook səhifəmizdə