Təranə Kərimova: “İsa Qəmbər daim ermənipərəst qurumların əlində oyuncaq olub” MÜNASİBƏT

Təranə Kərimova: “İsa Qəmbər daim ermənipərəst qurumların əlində oyuncaq olub” MÜNASİBƏT

"İsa Qəmbər uğursuz fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub. Görünür, bu xəstəlik onda sağalmazdır və gündəmdə qalmaqdan ötrü əsassız, məntiqsiz ifadələr işlədərək ictimaiyyətin onu dəstəkləyəcəyini düşünür. Ancaq görünyü kimi, yenə də yanılır". Bi fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Səbail royon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova Müsavatın sabiq başqanı İsa Qəmbərin son günlər yenidən üzə çıxaraq siyasi divident axtarmasına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, İsa Qəmbər bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq, istənilən anti-Azərbaycan qüvvələrinə yarınmaq işinə baxıb: "Bilirsiniz, bu adam artıq 24 ilə yaxındır ki, ətrafında alqı-satqı cəmiyyəti qurub. Baxın, o iddia edir ki, 2018-ci il guya "müsavat ili" olacaq. Sağlam düşüncəli ictimaiyyət, normal insanlar onun bu tipli bəyanatlarını yalnız iztehza və gülüşlə qarşılayırlar. Bir insan ki, iki onillikdən çox bir müddətdə hakimiyyət davası döyüb, lakin arzularını reallaşdırmağı bacarmayıbsa, bir insan ki, öz partiyasını parçalanmalardan, qopmalardan, kütləvi istefalardan, kəskin narazılıqlardan qoruya bilməyibsə, onun bəlli iddiası necə gerçəkləşə bilər? Biz İsa Qəmbərin guya "demokratik addım" ataraq necə "qurultay" keçirdiyini, həmin "qurultayda" saxtakarlıq, qeyri-demokratik yollarla Arif Hacılını başqanlığa necə gətirdiyini də gördük. Bu gün bir çox insanlar ondan uzaqlaşıb, özlərinə yeni siyasi təşkilatlar yaradıblar. Ətrafında isə yalnız beş-on nəfərlik partiyadaxili klan qalıb. Sual edə bilərik ki, sən hansı cürətlə belə böyük iddialarla çıxış edib xəyallara qapılırsan? Bəli, onu "cürətə" gətirən erməni lobbisinin pullarıdır!"

Təranə Kərimova bildirib ki, əgər bu gün İsa Qəmbər, eləcə də digər radikal müxalifət qruplarının dırnaqarası liderləri rahat-rahat danışırlarsa, bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıdırlar: "Əgər Ulu Öndər öz böyüklüyünü göstərməsəydi bu gün nə İsa Qəmbər, nə Arif Hacılı, nə Əli Kərimli nə də digər bənzər ünsürlər ortalıqda olmazdılar. Çünki xalq hələ 1993-cü ildə bu şəxslərə qarşı öz kəskin hiddətini, nifrətini bildirirdi. İndi bunlar həmin vaxtları ya unudublar, ya da xatırlamaq istəyində deyillər. Yaşxısı budur, həmin tarixi reallıqları xatırlayıb xalqdan utansınlar".

"İsa Qəmbəri Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub"-deyə vurğulayan YAP rəsmisinin sözlərinə görə, ümumiyyətlə İsa Qəmbər amili daim Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib: "Bu gün hər şey ortalıqdadır. Artıq bir neçə prezident seçkisi baş tutub, xalq öz Liderini seçib, ancaq bu adam hələ də çayxana, küçə söhbətləri edərək kimlərəsə yarınmağa cəhdlər göstərir. Görünür, bu səbəbdəndir ki, onun ətrafında avtoritar Arif Hacılı tipli adamlardan başqa kimsə qalmayıb. Onlar artıq tarixin arxivində çürüməkdədirlər".

"Ümumiyyətlə, milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar. Xalqa belə siyasətbazlar heç vaxt lazım olmayıb"-deyən YAP Səbail rayon Qadınlar Şurasının sədrinin fikrincə, qısa zamanda bu ünsürlər düşdükləri bataqlıqda siyasi ölümün yaxasında qurtula bilməyəcəklər.

Təranə Kərimova sonda bildirib ki, bu gün dünyada baş verən qlobal sosial-iqtisadi, siyasi problemlərə baxmayaraq, Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev daim xalqının yanındadır, ölkənin inkişafı, xalqının rifah halının daha da yaxşılaşdırılması istiqamətində gecə-gündüz əzmlə çalışmaqdadır: "Bu gün ölkəsini, Vətənini, dövlətçilik maraqlarını qoruyan, sevən hər bir azərbaycanlı məhz öz Prezidentinin ətrafında sıx biləşib, Azərbaycanın tərəqqisi, inkişafı üçün Ona dəstək olmaqda davam edir. Bu baxımdan, küçə müxalifətinin haradasa hər hansı cılız, məntiqsiz fikirlər söyləməsi, iddialarla çıxış etməsi kimsənin, xüsusilə xalqımızın marağında olmayıb, olmayacaq da".

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə