Jalə Əliyeva: "Bu, ölkəmizdə mədəniyyətə olan diqqətin nümayişi idi" MÜNASİBƏT
"Ötən gün Azərbaycan Prezidentinin görkəmli bəstəkar dirijor Niyazinin abidəsinin açılışında iştirak etməsi, ölkəmizdə dövlət incəsənətə, mədəniyyətə olan diqqəti bir daha nümayiş etdirmiş oldu" . Bunu SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, dövlət başçısının sözügedən açılış mərasimində etdiyi tarixi çıxış bir daha göstərdi ki, Azərbaycan bütün dövrlərdə, xüsusilə də son 10-15 ildə böyük inkişaf yolundadır, heç bir çətinlik, süni problem, maneə bu inkişafın qarşısını ala bilməz: "Dövlət başçısının də söylədiyi kimi Azərbaycan son zamanlar dünyada özünü biruzə verən iqtisadi problemlərdən uzun müddət özünün qoruya bilsə də, proses ölkəmizə az da olsa təsir etmiş oldu. Azərbaycan isbat etdi və bu gün də isbat edir ki, heç bir proses ölkəmizin tutduğu düz yoldan döndərə bilməz. Bütün iqtisadi problemlərə baxmayaraq, ölkəmiz ən böyük layihələri həyata keçirməkdə davam edir. Ötən günkü açılışda bu layihələrdən biridir".
J. Əliyeva söyləyib ki, həyata keçirilən layihələr ölkəmizdə inkişafın qarşısının alınmadığını tam əksinə, bu işlər durmadan davam etdirildiyini göstərir: " Gəlin qəbul edək ki, bir abidənin açılması üçün müəyyən vəsait, əmək tələb olunur. Əgər biz bunları həyata keçirə biliriksə, demək Azərbaycan nəinki iqtisadiyyatına, müdafiə sənayesinə, sosial sahəyə eləcə də mədəniyyətə də diqqəti kənarda qoymayıb. Ölkəmiz öz yolunda inamlı şəkildə addımlayır və irəliləməkdədir ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB