Fətullah Gülənin bacısı oğlu həbsxanaya göndərildi FETÖ İŞİ

Fətullah Gülənin bacısı oğlu həbsxanaya göndərildi FETÖ İŞİ

Türkiyənin Manisa vilayətinin məhkəməsi FETÖ terrorçu şəbəkəsinin lideri Fətullah Gülənin yaxın qohumunun həbsinə sanksiya verib. Terrorçuluqda ittiham edilən Gülənin bacısı oğudur. SİA xəbər verir ki, bu barədə Türkiyənin "İhlas Heber Ajansı" yazır. Qeyd olunur ki, həbs olunan şəxs 3 nəfərlə birgə hələ yanvarın 6-da saxlanılmışdılar. Saxlanılanlar istintaq nəticəsində aparılan araşdırmalardan sonra FETÖ üzvü olduqlarını etiraf ediblər və 2016-cı ilin 15 iyun qiyamına müəyyən təşkilati işlərlə bağlı liderlərindən tapşırıq aldıqlarını deyiblər. Onların məhkəmədəki ifadələri alındıqdan sonra hər dördü "terror təşkilatına üzv olma" ittihamı ilə müxtəlif müddətli həbs cəzası alıblar. Gülənin bacısı oğlua isə Türkiyə prezidentinə həqarət maddəsi də əlavə edilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə