Millət vəkili: “Çalışacağıq ki, dünya erməni vəhşiliklərini görsün” AÇIQLAMA

Millət vəkili: “Çalışacağıq ki, dünya erməni vəhşiliklərini görsün” AÇIQLAMA

"Beynəlxalq müşahidəçilər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarına getsələr Qarabağda törədilən erməni vəhşiliklərinin dünya ictimaiyyətinin görməyindən qorxarlar". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, erməni vandalistləri Azərbaycana məxsus bütün tarixi-mədəni abidələri məhv edib: "Halbuki, bu mədəniyyət nümunələri dünya mədəniyyəti irsinə daxil olmuşdu. İşğal olunmuş ərazilərə gedən hər bir şəxsdə vəhşi, cəllad erməni haqqında fikir formalaşar və dünya mətbuatında yayınaraq ictimailəşməsindən qorxurlar. Ona görə də erməni işğalçıları beynəlxalq müşahidəçilərini Ağdamın, Fizulinin və digər şəhərlərimizin dagıntılarının şahidi olmağının qarşısını alırlar. Amma biz çalışacayıq ki, dünya erməni vəhşiliklərini görsün və şahidi olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə