Millət vəkili Qüdrət Həsənquliyev ABŞ prezidenti Donald Trampın bəzi müsəlman dövlətlərinin vətəndaşlarının Amerikaya daxil olmasının qadağan edilməsi barədə fərmanı ilə bağlı fikirlərini bildirib. O bildirib ki, ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərar dünyada islamofobiyaya yol açır.
"Azərbaycanda bu il İslam Həmrəyliyi ili elan edilib. ABŞ özünü demokratiyanın müdafiəçisi kimi qələmə verdiyi halda, belə qərar qəbul etməsi utancdır. Azərbaycan ABŞ-ın müxtəlif qurumları, qeyri-hökumət təşkilatları tərəfindən tənqidə məruz qalıb. Biz, siyasi partiyalar buna etirazımızı bildirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB