"Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin"

"Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin"

Milli Məclisin üzvü Elmira Axundova deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsini təklif edib. SİA-nın xəbərinə görə, Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında çıxış edən E. Axundova deyib ki, bu insanların çoxunun mənzili yoxdur.

Millət vəkili sosial ipoteka üçün 3 il dövlət qulluqçusu stajı tələb olunduğunu nəzərə çatdırıb: "Xahiş edirəm ki, 125 deputat köməkçisinə 5 il fəaliyyətləri ərzində dövlət qulluqçusu statusu verilməsi məsələsi həllini tapsın".

Bütün xəbərlər Facebook səhifəmizdə