Politoloq: “Rusiya Belarus və Qazaxıstanı neytrallaşdırıb” AÇIQLAMA

Politoloq: “Rusiya Belarus və Qazaxıstanı neytrallaşdırıb” AÇIQLAMA

"Ermənistan nümayəndəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib gətirilməsinə Belarus və Qazaxıstan etiraz etsə də, Rusiya artıq onları neytrallaşdırır. Rusiyanın təzyiqi ilə Qazaxıstan mövqeyini dəyişib. Artıq Belarus da neytrallaşmaq üzrədir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Ermənistan nümayəndəsinin KTMT-yə baş katib təyin edilməsi Rusiyanın maraqlarına xidmət edir: "Rusiya öz mövqeyini əlifba sırasını əsas götürərək əsaslandırır. KTMT-nin apreldə baş tutacaq toplantısında Rusiya erməni generalını təşkilatın baş katibi vəzifəsinə gətirəcək. Bu təşkilatı Rusiya idarə etsə də, baş katib onu məlumatlandıra, müəyyən əhval-ruhiyyə yarada bilər. KTMT cənub sərhədlərinin qorunması adı altında həm Cənubi Qafqaz dairəsi, həm də Emrənistan ərazisində yerləşdirilmiş Rusiya hərbi hissələri ilə bağlı göstərişlər verə bilər. Bundan başqa, bu təşkilat cənub sərhədlərinin möhkəmləndirilməsi adı altında Ermənistana pulsuz silah göndərilməsi işinə müəyyən lobbiçilik edə bilər. Ermənistan nümayəndəsi Rusiyanın maralqını güdəcək. Bu baxımdan onun baş katib təyin olunması Rusiya üçün sərfəlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə