Kanadanın Kvebek şəhərində beş nəfərin ölümü ilə nəticələnən silahlı atışma baş verib. SİA-nın məlumatına görə, bu barədə NBC xəbər verir. Atışmanın şəhərdə fəaliyyət gstərən məsciddə baş verildiyi bildirilir.
Digər informasiya mənbəsi CBC isə qeyd edir ki, silahlı incident nəticəsində bir neçə nəfər insane yaralanıb. Onların taleyi barədə məlumat yoxdur.
Polsdən bildirilir ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb, ikinci şəxs isə axtarışdadır.
Məlumatda qeyd olunur ki, təcili yarım maşınları Kvebekin islam mədəniyyət mərkəzinə yaxın yerdə - Sent-Fua rayonu ərazisində park edirər. Şahidlərin sözlərinə görə, məscid sıx polis kordonu ilə mühasirəyə alınıb.
Daha öncə Kanadanın baş naziri Castin Trüdo bəyan edib ki, o müsəlman mühacirlərə dəstək vermək fikrindədir və onun ölkəsi Donald Trampın qadağasından sonra ABŞ-a daxil olmaqda çətinlik çəkən hər bir müsəlman mühacirə öz qapılarını açıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB