Müşfiq Ələsgərli: “Sərəncam Qarabağa dönüş yolundakı siyasətin bir mərhələsidir” AÇIQLAMA
"Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı Qarabağa böyük dönüş yolunda yürüdülən siyasətin bir mərhələsidir". Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Sədr müavinin sözlərinə görə, həm ordu qurulucuğu sahəsində atılan addımlar, həm Qarabağ ətrafı ərazilərin abadlaşdırılması, həm də ümumilikdə Azərbaycanın sosial- iqtisadi inkişafı işğal altında olan torpaqların qaytarılmasını anbaan yaxınlaşdırır: "Bu, dünyada münaqişələrin qan- qadasız, ağılla, məntiqlə həll edilməsi yolunda orijinal bir variantdır, həm də çox uğurlu bir variantdır.Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamın imzalaması həm də cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Bu, Azərbaycan Ordusunun ötən ilin aprel ayında göstərdiyi qəhrəmanlıq nümunəsindən, erməni ordusu üzərində real qələbədən sonra yaşanan ikinci qələbə ovqatıdır. 2016-cı ilin aprelində həyata keçirilən uğurlu hərbi əməliyyat zamanı kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyi erməni işğalçılarından azad edildi və bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurduna qayıtması üçün yenidənqurma işlərinin başlanmasına şərait yarandı.
Məsələnin digər tərəfi budur ki, Dünyanın maliyyə-iqtisadi böhrandan əziyyət çəkdiyi, ciddi problemlərin məngənəsində boğulduğu bir vaxtda Azərbaycan nəinki gündəlik qayğıları həll etməyi bacarır, həm də müharibə aparır, işğal nəticəsində viran edilmiş ərazilərin bərpası ilə məşğul olur.
Bu o deməkdir ki, Azərbaycan bütün problemləri bacarıqla həll etməyə qadir bir haldadır. İnanırıq ki, işğal altındakı bütün torpaqlarımızı gec-tez geri qaytarılacaq və həmin torpaqlar üzərində suveren hüququmuz bərpa olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB