Cümşüd Nuriyev: “Serj Sarkisyanın politoloqları istiqaməti ayrı yerlərə yönəltmək istəyirlər” AÇIQLAMA

Cümşüd Nuriyev: “Serj Sarkisyanın politoloqları istiqaməti ayrı yerlərə yönəltmək istəyirlər” AÇIQLAMA

"Ermənistanda çox qarışıq vəziyyət hökm sürür. Serj Sarkisyanın politoloqları da bundan yararlanıb sərsəm açıqlamalarla istiqaməti ayrı yerlərə yönəltmək istəyirlər". Bunu SİA-ya açıqlamasında polioloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, erməni mətbuatında yayılan yalan xəbərlər bu ölkənin növbəti çirkin siyasi addımıdır: "Erməni mətbuatında guya Azərbaycanın Xəzərin yenidən bölünməsinə razılıq verməsi və ya Avrasiya İttifaqına qoşulması qarşılığında Rusiyanın Dağlıq Qarabağın qaytarılmasını təmin etməsi təklifi haqda yayılan yalan xəbərlər Ermənistanın Azərbaycanda gərginlik yaratmaq üçün atdığı siyasi addımdır. Ancaq Azərbaycan ermənilərin niyyətini yaxşı bilir və onların istəyi həyata keçməyəcək.

Azərbaycan Prezidenti bildirib ki, biz ərazilərimizi işğal edən bir dövlətlə eyni ittifaqda ola bilmərik. Avrasiya İttifaqında hazırda Qazaxstanla Belarus Azərbaycanın mövqeyini kifayət qədər dəstəkləyir. Ermənilər gəginlik yaratmaq üçün bilavasitə istiqaməti ora yönəldirlər. Bu, siyasi gedişdir.

Xəzərin bölünməsi ilə bağlı isə Azərbaycan beynəlxalq konvensiyaya uyğun olaraq hərəkət edir. Beynəlxaq daxili dənizlər və göllər haqqında konvensiya var. Ona uyğun olaraq sahildən orta xətt prinsipi götürülür. Azərbaycan bu prinsipə əməl edib. Bu prinsipləri pozan İran və Türkmənistandır".

Politoloq bildirib ki, Azərbaycanın torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərin yaxında nəticə verəcəyini başa düşən Ermənistan bunu öz zəifliyi ilə bağlamaq istəmir və Rusiyanın üzərinə atır. O qeyd eidb ki, belə addımları ermənilər bilavasitə qeyri-dövlət adamlarının əli ilə həyata keçirməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə