Üzeyir Cəfərov: “Belə özbaşınalıq və lovğalıq əsla yolverilməzdir” MÜNASİBƏT

Üzeyir Cəfərov: “Belə özbaşınalıq və lovğalıq əsla yolverilməzdir” MÜNASİBƏT

"Son vaxtlar diqqətimi çəkən məsələlərdən biri bəzi adamların istər sosial şəbəkələrə,istərsə də sosial mediyada yoxlanılmamış, daha çox şaiə xarakterli məlumatları yaymasıdır. Bundan da bizi istəməyən qüvvələr, xüsusən də Ermənistan tərəfi istədiyi formada gen-bol itifadə edir və ordumuzu nüfuzdan salmağa çalışır". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, elə bu günlərdə baş vermiş bir hadisə də, şəxsən mənə pis təsir etdi: "Övladı düşmənlə üz-üzə səngərdə olan valideynin hər gün necə böyük gərginlik altında olmaları hər kəsə bəllidir. Amma, sənin oğlun sağ-salamat ola və kimsə bunu sensasiyamı, ya bilərəkdən, bilməyərəkdən faicə kimi yaysın, məncə bunun özü çox böyük günah və vicdan hissini itirmək deməkdir. Kimliyindən və harda yaşamasından, sosial durumundan və vəziyyətindən asılı olmayaraq hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinə qarşı son dərcə diqqətli olmaq gərəkdir. Müxtəlif dezinformasiyalar, sayələr dərhal milyonlar arasında yayılır və guya oğlu həlak olub xəbəri alan valideynlərin vəziyyətin təsəvvür etmək lazımdır. Belə özbaşınalıq və lovğalıq əsla yolverilməzdir. Mən də əsgərin atasının fikirlərinə qatılıram ki, belə şəxslər ən ağır sözlərə və nifrətə layiqdirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə