Ziyafət Əsgərov: "Azərbaycanın təhlükəsizlik sistemində gömrüyün xüsusi yeri var"
"Bu gün Azərbaycanın təhlükəsizlik sistemində gömrüyün xüsusi yeri var". SİA-nın xəbərinə görə, bunu Milli Məclisinin sədrinin müavini Ziyafət Əsgərov " İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri " adlı elmi praktiki konfransda deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İqtisadiyyatın müxtəlif sahələrinə dair yol xəritəsi təsdiq edilib: "Həmin xəritədə Gömrük Komitəsinin qarşısına mühüm vəzifələr qoyulub. Əminəm ki, həmin vəzifələrin öhdəsindən gömrük orqanları gələcək. Gömrük Orqanları Azərbaycan iqtisadiyyatın inkişaf etdirilməsində xüsusi rol oynayırlar. İqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın qarşıya qoyduğu əsas məqsədlərdən biridir. Azərbaycan böhrandan yan keçdi. Ötən ili biz yüksək göstəricilərlə başa vurduq" .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB