YAP Masallı rayon təşkilatı IX konfrana hazırlaşır FOTOLAR

YAP Masallı rayon təşkilatı IX konfrana hazırlaşır FOTOLAR

Yeni Azərbaycan Partiyasının ölkəmizin və regionun ən güclü siyasi təşkilatı kimi dövlətimizin və xalqımızın mənafeyi naminə əzmlə fəaliyyət göstərir

Bu gün Masallı şəhər 1 saylı orta məktəb ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda 1 saylı orta məktəb ərazi ilk partiya təşkilatının sədri Mirqabil Hüseynov çıxış edərək, təşkilatın fəaliyyəti barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. Yığıncaqda geniş şəkildə təhlillər aparılıb, gələcəkdə görüləcək işlər barədə qərarlar qəbul edilib.

M.Hüseynov qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər və qadınlar üstünlük təşkil edirlər. Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər. Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək, qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir: "Öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq naminə insan hüquq və azadlıqlarının təminatı, sosialyönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır".

S.Əliyev Yeni Azərbaycan Partiyasının ölkəmizin və regionun ən güclü siyasi təşkilatı kimi dövlətimizin və xalqımızın mənafeyi naminə əzmlə fəaliyyət göstərdiyini, xalqımızın mütləq əksəriyyətinin Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiyini vurğulayıb. S.Əliyev həmçinin ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab edib və yeni seçilən tərkibə uğurlar arzulayıb. Yığıncaqda ərazi ilk partiya təşkilatında idarə heyətinin yeni tərkibi, sədri və müavinləri, həmçinin YAP Masallı rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə