Livan nəsranilərinin lideri Hələbdə

Livan nəsranilərinin lideri Hələbdə

Livanın "Əl-murabitun" Müstəqil nəsranilər hərəkatının katibi Mustafa Həmdan bəyan edib ki, Suriya ordusunun Hələbdə əldə etdiyi son qələbələri terrorçu təşkilatların dağıdıcılıq planlarının həyata keçməsinin qarşısını alıb. SİA xəbər verir ki, bu barədə Suriyanın rəsmi Sana agentliyi yazır.

Həmdan Hələbə səfəri çərçivəsində Suriyanın legitim hökumətinin Hələb şəhərinin sakinlərinin su, elektrik və səhiyyə təminatının təchizatı ilə bağlı atdığı addımları yüksək qiymətləndirilib. O, əlavə edib ki, Hələb sakinlərinin mövcud problemdən birgə çıxmaq addımlarını Vatikanın Suriyadakı səfiri, kardinal Mario Dzenari də alqışlayıb.

Həmdan xüsusilə islam və xristian dini icmalarının, icma rəhbərlərinin təkfirçi terrorçularına qarşı oynadıqları rolun əhəmiyyəti barədə də fikirlərini bildirib.

Həmdan Hələbin terrorçulardan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Vatikanın Suriyadakı səfiri, eləcə də xristian və müsəlmanların çoxsaylı icmaları ilə ardıcıl görüşlər keçirib.

Livan nəsranilərinin lideri Suriyada tezliklə sülhün bərqərar olması üçün müsəlmanlarla birgə dualar edəcəyini deyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə