"Erməni soyqırımı" məsələsini tarixçilərin öhdəsinə buraxmaq lazımdır". SİA "1in.am" a istinadən xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Anders Samuelsen parlamentdə qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı təqdim edilmiş layihənin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, parlament bu məsələdə neytral mövqe tutmalı və tarixi hadisələrə qiymət verməməlidir.
Qeyd edək ki, daha əvvəl Danimarkanın DR teleradio kampaniyası qətnamə layihəsinin təşəbbüskarlarından biri olan "Liberal Alliance" partiyasının parlament fraksiyası sənədi dəstəkləməmək barədə qərar qəbul etdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB