Ötən il Milli Məclisin İnsan Hüquqları Komitəsinə 849 müraciət daxil olub
Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin 2017-ci il üçün ilk iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda ilk növbədə komitənin 2016-cı ilin payız sessiyasında gördükləri işin hesabatı təqdim olunub.
Bu barədə məlumat verən komitə sədri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, komitə payız sessiyasında 2 iclası keçirib: "İclaslarda 5 məsələ müzakirə olunub və 3 qanun layihəsi payız sessiyasının müzakirəsinə tövsiyə edilib. Payız sessiyasında komitəyə 849 sənəd daxil olub ki, onlardan da 447-si müvafiq orqanlara göndərilib və müsbət həllini tapıb".
Eyni zamanda, B. Muradova komitə sədri kimi payız sessiyasında 114 nəfəri qəbul edib.
Daha sonra iclasda komitənin 2017-ci ilin yaz sessiyasındakı işlər planı təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB