"Lapşin Azərbaycandan üzr istəməyə hazırdır"

"Lapşin Azərbaycandan üzr istəməyə hazırdır"

"İsrailli blogger Aleksandr Lapşin Azərbaycandan yazılı üzr istəməyə hazırdır və bununla bağlı üzrxahlıq məktubu da hazılayıb". SİA-nın məlumatına görə, bu barədə "Haaretz" nəşri yazıb. Qəzetin məlumatına görə, İsrail rəsmi Bakıya Belarusda saxlanılmış blogger Lapşinin Azərbaycandan yazılı üzr istəməsi müqabilində irəli sürülmüş ittihamların ləğvini təklif edib.

Xatırladaq ki, Rusiya və İsrail vətəndaşı olan Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan tərəfinin müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır. A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə