"Çingiz Qurbanovun hüquqlarının qorunması ilə bağlı bəyanat qəbul edilsin" TƏKLİF
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Hikmət Məmmədov (Babaoğlu) 2016-cı ilin 29 dekabr tarixində Ermənistan tərəfindən təmas xəttində həyata keçirilən təxribat nəticəsində şəhid olan Çingiz Qurbanovun hüquqlarının qorunması istiqamətində təklif irəli sürüb. SİA-nın xəbərinə görə, bu barədə komitənin bu gün keçirilən iclasında çıxış edən H. Məmmədov bildirib ki, ötən ilin 29 dekabr tarixində Ermənistan tərəfindən təmas xəttində həyata keçirilən təxribat nəticəsində şəhid olan əsgərimizin nəşi bu günə qədər Azərbaycana qaytarılmayıb: "Çingiz Qurbanovun hüquqlarının qorunması ilə bağlı bütün Azərbaycan xalqı səfərbər olub. Bu məsələlər Dövlət başçısının bir başa diqqətindədir. Amma düşünürəm ki, bu işdə Milli Məclisin İnsan Hüquqları Komitəsi də addım ataraq bəyanat qəbul edə, məsələnin diqqətdə saxlanması üçün hansısa iş görə bilər".
Millət vəkili həmçinin 31 mart soyqırmı, 20 Yanvar faciəsinin komitənin tədbirlər planına salınmasını təklif edib. O bildirib 31 mart Dünya Azərbaycanlılarının soyıqırmı günüdür və martın 26-dan 31-nə qədər ölkəmizin hər bölgəsində xalqımıza qarşı soyıqırım törədilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB