Politoloq: “Sarkisyanın ətrafındakı insanlar ona etimad göstərmirlər” AÇIQLAMA
"Ermənistanda baş verən istefalar və dəyişikliklər Serj Sarkisyanın ətrafındakı insanların ona etimad göstərməməsindən irəli gəlir. O, seçkilərə özünün etibarlı adamlarlı ilə getmək istəyir. Ona görə təyin etdiyi nazirləri və digərlərini tez-tez dəyişir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Politoloq qeyd edib ki, S.Sarkisyan seçkiqabağı müəyyən manevrlər etməyə çalışsa da, öz mənfur siyasətini gizlədə bilmir və ciddi səhvlərə yol verir: "Faktiki olaraq S.Sarkiyanın ətrafındakı insanlar onun əleyhinə çıxış edirlər. Ermənistanda seçkilər yeni konstitusiya ilə keçiriləcək. Yeni konstitusiyaya uyğun olaraq baş nazirin səlahiyyətləri artırılıb, prezidentin səlahiyyətləri isə azaldılıb. Sarkisyan növbəti dəfə öz komandasını hakimiyyətə gətirməklə baş nazir kimi yolunu davam etdirmək fikrindədir. Buna görə o, özünə dəstək olacaq adamları ətrafında saxlamağa çalışır. Sarkisyanın seçkilərin vaxtını konstitusiyada nəzərdə tutulandan 21 gün - ən maksimal müddət irəli çəkməsinin səbəblərindən biri də onun tələsməyi ilə bağlıdır. O, Ermənistan ictimaiyyətinin proseslərə ciddi reaksiya verəcəyini bilir. Xüsusilə Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresinin onu hakimiyyətdən uzalqaşdıracağından qorxur. Buna görə, Ermənistandakı cinayətkar rejim prosesləri tezləşdirməyə cəhd göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB