"210 il qabaq Qacar (türk) dövlətinə üz çevirərək Rusiya ilə diplomatik əlaqələr quran Qarabağ xanlığı elə həmin imperiya tərəfindən də qısa müddət sonra işğal edildi. 210 ildir Qarabağ Rusiyanın bu və ya digər formatda işğalı altındadır. Bu işğal indidə də davam edir". SİA-nın verdiyi məlumata görə, bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli açıqlamasında deyib.
Onun sözlərinə görə, ermənilər burada görüntü rolunu oynayır: "Dostunu düşmənindən ayıra bilməyən millətin taleyi belə olur.
O ki qaldı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ötən gün keçirdiyi mətbuat konfransına, Qarabağ münaqişəsi ilə bağlı Lavrovun dedikləri Azərbaycan xalqının "buzunu açmaq" üçün idi. Babalarımızın səhvlərinin "meyvəsini" yeyirik. Bizim bir yolumuz qalıb. İtirdiyimizi geri almaq üçün savaşmaq. Tanrı Azərbaycanı qorusun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB