3 mənzildə yanğın olub

Kürdəmirdə 3 mənzildə yanğın olub.

SİA-nın FHN-ə istinadən verdiyi məlumata görə, Qarabucaq kəndində ümumi sahəsi 600 m2 olan ikimərtəbəli komunal tipli 21 mənzildən ibarət evin 1-ci mərtəbəsində yaşayan üç vətəndaşa məxsus, üç mənzilin yanar konstruksiyaları 135 m2 sahədə və 2-ci mərtəbədə yaşayan iki vətəndaşa məxsus, iki mənzilin yanar konstruksiyaları 75 m2 sahədə yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə