Millət vəkili: "Davos forumunda ölkəmizə maraq daha da artacaq" AÇIQLAMA
"Davosda keçirilən Dünya İqtisadi Forumu yeganə forumdur ki, həm siyasi və dünya liderlərini, həm də iş adamları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplamaq imkanına malikdir. Məhz bu baxımdan Davos forumu müxtəlif müzakirələr, ayrı-ayrı ölkələrdən xarici investisiyaların cəlb edilməsi və ölkənin özünün potensialının təqdim edilməsi baxımından vacib bir platformadır". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
O, Davos forumunun Azərbaycan üçün əhəmiyyəti haqqında danışıb: "Azərbaycan Davos forumunda iştirak etməkdə maraqlıdır. 1995-ci ildən başlayaraq Azərbaycan Dünya İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində təmsil olunur. Ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim etmişdi. Davos forumu Azərbaycan üçün ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq, ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq baxımından çox əhəmiyyətlidir. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etmadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacib bir imkandır və bu imkanı Azərbaycan Prezidenti öz görüşləri, çıxışları ilə uğurlu şəkildə dəyərləndirir. Dünyada iqtisadi inkişaf tempinin zəiflədiyi, qeyri-müəyyənliklərin artdığı bir zamanda Azərbaycanın tam şəffaf və strateji baxışlarının ortaya qoyulması, sabitlik və inkişafın proqnozlaşdırılması forumda ölkəmizə marağı daha da artıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB